HDPE Geomembran xüsusiyyətləri:
Neftdən əldə edilən, yüksək sıxlıqlı polietilen əsaslı HDPE (High Density Polyetylene) Membran, plastik qaynaq alətləri ilə bir birinə qaynaq olunan sudan izolyasiya (hidroizolyasiya) materialıdır. Bitki köklərinə davamlıdır, geotekstil keçə ilə də qorunma məqsədi ilə istifadə oluna bilər. Bərk məişət tullantıları və kimyəvi tullantıların saxlanması üçün xüsusi olaraq istehsal edilib. Zibillərin toplanması və təkrar emalı sahələrində, Tullantıların saxlanması mühəndisliyi layihələrində, Yanacaqdoldurma məntəqələrinin anbarlarında istifadə olunur.
Üstünlükləri:
1. Homojendir
2. Elastikdir
3. Bitki köklərinə qarşı dayanıqlıdır
4. Mexaniki zərbəyə davamlıdır
5. Kimyəvi tullantılara dayanıqlıdır
Tətbiq sahələri:
1. Süni göllər və hovuzlarda
2. Məişət və kimyəvi tullantılarının toplama sahələrində
3. Sulama kanallarında
4. Neft tullantı sahələrində
5. Kübrə (iri buynuzluların- nəcisi) toplama sahələrində
6. Tibbi və təhlükəli tullantıların depolama sahələrində