Sement tərkibli

Sement əsaslı

Sement tərkibli izolyasiyanın xüsusiyyətləri:

Bu su izolyasiya materialı sement və akril əsaslı olub iki komponentdən ibarətdir. Beton, pərdə və sement əsaslı suvaqlara su sızmasına və səth sularına qarşı tətbiq edilir. Daxildən və xaricdən tətbiq oluna bilən iki komponentli su və nəm izolyasiyasını təmin edən yarı elastik, tam elastik və super elastik su izolyasiya materialıdır.
Ən böyük üstünlüyü ultrabənövşəyi şüalara davamlılığı və antibakterial olmasıdır.

Tətbiq sahələri:
1. Daxili və xarici məkanlarda üfüqi və şaquli suyun axını istiqamətində.
2. Teras izolyasiyasında (yüngül yük altında, qorunma qatı olmadan istifadə edilə bilər).
3. Tualet, hamam, mətbəx və balkon kimi yaş yerlərdə.
4. Üzgüçülük hovuzlarında, içməli və kommunal su çənlərində.
5. Beton təməl- pərdə, bünövrə, istinad divarları və zirzəmi izolyasiyasında.
6. Beton suvarma kanallarında, lyuklarda və beton borularda.
7. Spa və hamam kimi obyektlərdə.
8. Duzlu suya qarşı qorunma tələb olunduğu su izolyasiyası yerləridə.

Üstünlükləri:
1. Yüksək yapışma qabiliyyəti şap (styajka), keramika, mərmər, mozayka, kafel və metlax altında suya davamlı təbəqə yaradır.
2. Birləşmə yeri olmadan (stıksız) qalıcı və suya davamlı örtük təmin edir.
3. Tətbiq etmək asandır.
4. Uzunmüddətlidir.
5. Torpaqdakı kimyəvi maddələrə və duz məhlullarına davamlıdır.
6. Hərəkət və vibrasiya sahələrində istifadə üçün uyğundur.
7. Qalınlığı 2 mm tətbiqi ilə təxminən 0,92 mm-ə qədər çatlama gücünə malikdir.
8. Elastikdir və çatlamır.
9. UV-yə davamlıdır.
10. Su keçirməz və 4- 10 bar birbaşa su təzyiqinə davamlıdır.
11. Karbon dioksid və xlor ionlarına qarşı yüksək müqavimətə malikdir.
12. Əla yapışma qabiliyyətinə malikdir.
13. Su buxarını keçirə bilir və betonun nəfəs almasına imkan verir.
14. Yüngül yük altında örtülməyəcək terras damlarının su izolyasiyasında təhlükəsiz tətbiqləri təmin edir.
15. Zəhərli deyil və içməli su çənlərində təhlükəsiz şəkildə istifadə edilə bilər.