Hidroizolyasiya – sudan və nəmdən izolyasiya
Membran ilə izolyasiya
Membran ilə izolyasiya yüksək texnalogiya ilə hazırlanmış hazır örtüklərdir.
Bunlar – PVC membran, HDPE və LDPE geomembran, FPO və TPO membran, ECB membran və bitum (ruberoid-tol) membranlardır.
Tətbiq olunan sahələr- Tikilinin bünövrə və açıq terras damlarında, süni göllərdə, tunellərdə, su anbarlarında, üzmə hovuzlarında.
Sürmə və püskürtmə ilə izolyasiya
Sürmə və püskürtmə izolyasiyası yüksək nano texnalogiya ilə hazırlanmış kimyəvi materialların döşəmə və divarlara tətbiq etməklə su sızmalarının qarşısı alınır.
Bunlar – sement , akrilik, bitum , poleuretan və poleureya tərkiblidir.
Tətbiq olunan sahələr- Tikilinin bünövrə və açıq terras damlarında, tunellərdə, su anbarlarında, üzmə hovuzlarında.
İzolyasiya nüfuzediciləri və qatqıları
İzolyasiya nüfuzediciləri və qatqıları nano texnalogiya ilə hazırlanmış məhsullardır. İzolyasiya nüfuzediciləri və qatqıları betona, suvağa və kafel – metlax yapışdırıcılarına qatılmaqla və ya nüfuz etməklə məhsulun tərkib hissəsinə çevrilir.
Tətbiq olunan sahələr- Tikilinin bünövrə və açıq terras damlarında, su anbarlarında, üzmə hovuzlarında.