EPOKSİ və U-CRETE YER ÖRTÜYÜ

Avtoparkların, hava limanlarının, sənaye obyektlərinin, yaşayış və qeyri yaşayış yerlərinin, universitetlərin, xəstəxanaların, ticarət və əyləncə obyektlərinin döşəmələrində daima fiziki təzyiq, kimyəvi aşınma və statik güc var. Nəqliyyat vasitəsinin təkərlərinin, piyadaların və kimyəvi maddələrin yerə vurduğu güc və təsiri nəticəsində dayanıqlı olmayan materiallardan hazırlanan döşəmələr zamanla aşınaraq yararsız hala gələ bilər. Nəticədə yüksək təmir xərcləri yarana bilər. Yuxarıda adları çəkilən obyektlərin aşınmaya davalı olması üçün epoksi və u-crete materiallarından istifadə olunmalıdır.

Epoksi döşəmə örtüyü nədir? Xüsusiyyətləri nələrdir?

Epoksi döşəmə örtüyü günümüzdə çox üstünlük verilən bir tikinti materialıdır.
Epoksi termosetlər qrupundan olan bir yapışqan kimyəvi qatrandır. Epoksi materialının müsbət xüsusiyyətləri sayəsində sızdırmazlıq baxımından ən yaxşı kimyəvi döşəmə örtüyüdür. Epoksi örtüyü zamanla xüsusiyyətlərini itirmir.
Epoksi döşəmələr xüsusilə xarici təsirlərdən gələ biləcək hər cür kimyəvi maddələrə və fiziki təsirlərə davamlı olduğundan uzun illər istifadə edilə bilər. Epoksi döşəmə örtüyünün ömrü təxminən 25 ildir. Bununla da istehlakçılar epoksi döşəmə örtüyünü düzgün tətbiqi sayəsində qənaət etmiş olurlar.

Epoksi Döşəmə örtüyünün xüsusiyyətləri:
• Suya və qələvi turşularına qarşı müqaviməti çox yüksəkdir.
• Sürtünməyə və aşınmaya davamlıdır.
• Yağ və kimyəvi maddələrə davamlıdır.
• Səthin çirklənməsinə davamlıdır və təmizlənməsi asandır.
• Səthi sürüşkən deyil.
• Qoxusuz və gigiyenikdir.
• Bakteriyaların əmələ gəlməsinin və çoxalmasının qarşısını alır.
• Güclü birləşdirici gücə sahib olmaq.
• Dekorativ tətbiqlərdə geniş rəng çeşidinə malikdir.
• Estetik görünüşü var.
• Uzunömürlüdür,
• İzolyasiya xüsusiyyətinə malikdir.
• Tətbiq etmə müddəti qısadır.
• Sürətli və qənaətcildir.
• Tətbiq olunacaq ərazinin səthindəki çatların və qırıq yerlərini tamamilə doldurur və düz bir sahə yaradır.
• Tətbiq olunduğu bölgələrdə xoş, estetik və gözəl bir görünüş təmin edir.

U-CRETE döşəmə örtüyü nədir?

Yüksək dayanıqlı, hamar bir səthli, antistatik poliuretan beton örtüyüdür.
Ucrete döşəmə örtüyü, poliuretan əsaslı qatranların xüsusi qatqı və kimyəvi maddələrlə birləşməsi ilə əldə edilən yüksək dayanıqlı, hamar səthli, antistatik poliuretan beton örtüyüdür. Nəmli və quru mühitlərdə istifadə üçün nəzərdə tutulmuşdur, sürüşməyən bir səthə, yüksək kimyəvi və solvent müqavimətinə malik bir döşəmə örtük sistemidir. Üç fərqli alternativ qalınlıqda və üç fərqli səthin dizaynı sayəsində qida, əczaçılıq və kimya sənayesində, laboratoriyalarda, istehsal sahələrində, sənaye obyektlərində və avto parkaların döşəmələrində istifadəsi üçün əlverişlidir.

Ucrete sənaye döşəmə örtükləri nəm döşəmələrdə tətbiq oluna bilər.
Ucrete döşəmə örtüyü tətbiqindən sonra sürüşməyən bir səthə sahib olursunuz. Qoxusuz Ucrete döşəmə örtüyü yüksək mexaniki xüsusiyyətlərə malikdir. Buna görə statik təzyiqlərin təsirlərinə qarşı davamlı bir quruluşa sahibdir. Təzyiq təsiri altında digər örtüklər kimi çatlamır. Ucrete döşəmə örtükləri mütəxəssis qruplar tərəfindən tətbiq edilməlidir.

Epoksi və U-crete yer örtüyü necə tətbiq edilir:

  • Coating sistem- rolik ilə iki və ya üç qat vurulmaqla əldə olunur.
  • Self leveling- özü yayılmaqla əldə edilir.

Materiallar: