Hidroizolyasiya işlərini həyata keçirən zaman isə qurğuları əsasən sudan, atmosfer təzyiqindən, ultrabənövşəyi şüalardan qorumaq üçün düzgün hidroizolyasiya materialının seçilməsi ən vacib şərtdir. Ümumiyyətlə, hidroizolyasiya konstruksiyaların suyun təsirlərindən qorunması üçün həyata keçirilən qoruyucu proseslərdir. Hidroizolyasiya – sudan və nəmdən izolyasiya konstruksiyaların öz keyfiyyətini uzun müddət qoruyub saxlamasına imkan verir, sağlamlığınız üçün təhlükəli olan kiflənmənin meydana gəlməsinin qarşısını alır.
Yüksək dərəcədə su sızmasına qarşı müqavimət göstərən hidroizolyasiya materiallarının tətbiqi ilə yeraltı və sualtı qurğuların (zirzəmi, şaxta), hidrotexniki qurğuların (kanal, rezervuar, üzmə hovuzu), balkonların və açıq — düz damların döşəməsinə və divarlarına suların keçməsinin qarşısının alınması təmin olunur.