Hidroizolyasiya - sudan və nəmdən izolyasiya nədir?

Hörgü, dəmir və beton konstruksiyalar istismar dövründə müxtəlif amillərin (su, yağmür, dəniz suyu, kanalizasiya, sənaye tullantıları, agressiv grunt suları, atmosfer təzyiqi və d.) təsirinə məruz qalır. Konstruksiyanın istismar zamanı hidroizolyasiya işlərinin əvvəlcədən düzgün şəkildə aparılması vacib amillərdəndir. Onların düzgün şəkildə hidroizolyasiya olunmaması konstruksiyanı müxtəlif amillərin təsirindən zədələyir və eləcədə konstruksiyanın uzunömürlüyünü aşağı salır. Buna görə də proyektlərin layihələndirilməsi və inşası zamanı müxtəlif amillərin təsirindən qorumaq üçün və eləcədə suyun konstruksiyanın daxilinə keçərək onu müəyyən müddətdən sonra zədələməməsi üçün sukeçirməzliyini təmin etmək vacibdir.

Hidroizolyasiya işlərini həyata keçirən zaman isə qurğuları əsasən sudan, atmosfer təzyiqindən, ultrabənövşəyi şüalardan qorumaq üçün düzgün hidroizolyasiya materialının seçilməsi ən vacib şərtdir. Ümumiyyətlə, hidroizolyasiya konstruksiyaların suyun təsirlərindən qorunması üçün həyata keçirilən qoruyucu proseslərdir. Hidroizolyasiya – sudan və nəmdən izolyasiya konstruksiyaların öz keyfiyyətini uzun müddət qoruyub saxlamasına imkan verir, sağlamlığınız üçün təhlükəli olan kiflənmənin meydana gəlməsinin qarşısını alır.
Yüksək dərəcədə su sızmasına qarşı müqavimət göstərən hidroizolyasiya materiallarının tətbiqi ilə yeraltı və sualtı qurğuların (zirzəmi, şaxta), hidrotexniki qurğuların (kanal, rezervuar, üzmə hovuzu),  balkonların və açıq — düz damların döşəməsinə və divarlarına suların keçməsinin qarşısının alınması təmin olunur.

evimevimevimevimevimevimevimevimevimevim 

Hidroizolyasiya – sudan və nəmdən izolyasiyanın aşağıdakı həlləri var:

Sürmə və püskürtmə ilə izolyasiya : 

Sürmə və püskürtmə izolyasiyası yüksək nano texnalogiya ilə hazırlanmış kimyəvi materialların döşəmə və divarlara tətbiq etməklə su sızmalarının qarşısı alınır. 
Sürmə və püskürtmə ilə izolyasiyada istifadə olunan materiallar konstruksiyaların yerinə və məkanına görə dəyişir.

Bunlar aşağıdakılardır:

Balkonlarda, açıq düz damlarda və çöl divarlarda istifadə olunan UV (günəş şualarına) və atmosfer təzyiqinə dayanıqlı materiallar.
Bunlar – sement , akrilik, bitum , poleuretan və poleureya tərkiblidir.

Kanal, rezervuar, üzmə hovuzunda istifadə olunan UV (günəş şualarına) və atmosfer təzyiqinə, yerin seyismik vəziyyətinə dayanıqlı materiallar.
Bunlar — sement, poleuretan və poleureya tərkiblidir.

Zirzəmi və şaxtalarda istifadə olunan yeraltı dəniz suyu, kanalizasiya, sənaye tullantıları və agressiv grunt sularının sızmasının qarşısını almaq üçün materiallar.
Bunlar neqativpozitiv  su sızmalarına bölünür.

  • Neqativ su sızmasının qarşısını almaq üçün materiallar: sement tərkibli və nüfuzedici olur.
  • Pozitiv su sızmalarının qarşısını almaq üçün materiallar:  sement tərkibli, bitum tərkibli, poleuretan və poleureya tərkibli olur.

Materiallar:

evimevimevimevimevimevimevimevimevimevim 

Membran ilə izolyasiya:

Membran izolyasiya yüksək texnalogiya ilə hazırlanmış hazır örtüklərdir. Bu örtüklər rulon bağlamalarda olur. Membran izolyasiya örtükləri tərkibinə görə dəyişir. Membran ilə izolyasiya işlərində qaynaq avadanlıqları istifadə olunur. Bu qaynaq avadanlıqları avropa standartlarına görə sertifikatlaşdırılmış olması şərtdir.
Membran ilə izolyasiyada istifadə olunan materiallar konstruksiyaların yerinə və məkanına görə dəyişir. Polimer tipli izolyasiya membranlardan istifadə etdikdə mütləq qoruma qatı geotextil keçə ilə membranın altından və üstündən sərilməlidir.

Bunlar aşağıdakılardır:

Təməl, bünövrə, zirzəmi və şaxtalar tikilmədən öncə istifadə olunan yeraltı dəniz suyu, kanalizasiya, sənaye tullantıları və agressiv grunt sularının sızmasının qarşısını almaq üçün materiallar.
Bunlar – PVC membrane, ECB membrane və bitum (ruberoid-tol) membranlardır.

Balkonlarda və açıq düz damlarda istifadə olunan UV (günəş şualarına) və atmosfer təzyiqinə dayanıqlı materiallar.
Bunlar – PVC geomembran, FPO-TPO membran və bitum (ruberoid-tol) membranlardır.

Kanal, rezervuar, üzmə hovuzunda istifadə olunan UV (günəş şualarına) və atmosfer təzyiqinə, yerin seyismik vəziyyətinə dayanıqlı materiallar.
Bunlar – PVC membrane, HDPE və LDPE membranlardır.

PVC geo membran ilə izolyasiya işlərinə 10 il zəmanət verilir.

Materiallar:

evimevimevimevimevimevimevimevimevimevim 

İzolyasiya nüfuzediciləri və qatqıları:

İzolyasiya nüfuzediciləri və qatqıları nano texnalogiya ilə hazırlanmış məhsullardır. İzolyasiya nüfuzediciləri və qatqıları betona, suvağa və kafel – metlax yapışdırıcılarına qatılmaqla və ya nüfuz etməklə məhsulun tərkib hissəsinə çevrilir. Seyismik təzyiq nəticəsində gələcəkdə yaranan mikro çatları izolyasiya nüfuzedicisi və qatqısı özü-özünü müalicə edir. Bu növ izolyasiya məhsulun (beton, suvaq və kafel – metlax yapışdırıcıları) tərkib hissəsinə çevrildiyindən məhsulun ömrü qədər işləyir.

Materiallar: