İSTİDƏN, SOYUQDAN, KONDENSASİYADAN İZOLYASİYA

Termo izolyasiya- istidən və soyuqdan izolyasiya nədir ?

İstilik izolyasiyası-  isti və ya soyuq havanın evlərə, yaşayış və qeyri-yaşayış tikintilərinə döşəmə, divarlar, tavan və dam ilə girməsinin və ya çıxmasının qarşısını alan bir prosesdir. Davamlı olaraq artırılan enerji xərcləri istilik üçün ayrılan büdcələri də artırır. İstehlak olunan ümumi enerjinin 2/3-nin evlərin, yaşayış və qeyri-yaşayış tikintilərinini isidilməsi və soyudulması üçün sərf olunduğunu nəzərə alsaq, istilik izolyasiyası zərurətə çevrilmişdir.

Enerji qənaətindən başqa, istilik izolyasiyası evlərin, yaşayış və qeyri-yaşayış tikintilərinin ömrünü uzadır, dəyərini artırır, istənilən rahatlıq şəraitini təmin edir. Sağlam bir həyat sürmək, ətraf mühitin çirklənməsini azaltmaq və sağlam bir mühit yaratmaq üçün tətbiq edilməsi lazım olan bir izolyasiyadır.

evimevimevimevimevimevimevimevimevimevim 

Termo izolyasiyanın aşağıdakı həlləri var:

  • Hazır lövhə şəkilində olan, yapışdırıcı və dupel ilə bərkidilə bilən izolyasiya.  Bunlar: EPS, XPS, Daş Yunu
  • Püskürtmə ilə tətbiq olunan poleuretan tərkibli köpük izolyasiya.
  • Sürmə vəya suvaq şəkilində tətbiq edilən izolyasiya.
  • Hazır bloklar şəkilində olan, hörülə bilən izolyasiya.

Termo izolyasiyanın oda və yanmaya davamlı olanlar isə daş yunu məhsullarıdır.

evimevimevimevimevimevimevimevimevimevim 

Kondensasiya nədir ?

Kondensasiyasoyuq və isti havanın toqquşması nəticəsində yaranan nəmlənmə prosesidir. Əsasən soyuq aylarda baş verir. Məs.: Evin daxilində olan isti hava kütləsi soyuq divar və tavanla davamlı olaraq təması nəticəsində tərləmə yaranır. Bu proses təkrarlandıqda nəmlənmə daha da artır. Həmin yerlərdə bakterialaşma prosesi getdiyindən rəngləri dəyişir (tünd rənglər və ya kifləmə olur) və havaya zəhərli maddələr ifraz edir. Bakterialaşmadan hava kütləsinə ifraz olunan təhlükəli  maddələr insan sağlamlığı üçün çox təhlükəlidir.

Düzgün termoizolyasiya tətbiq olunan evlərdə, yaşayış və qeyri-yaşayış tikintilərində kondensasiya heç bir halda müşahidə olunmur.

Materiallar: