Yanğına qarşı izolyasiya
Hazır lövhə şəkilində olan izolyasiya.
Yüksək nano texnalogiya ilə hazırlanmış hazır lövhə şəklində olan izolyasiyalar tikilini yanğından qoruyur. Bunlar – Daş Yunu və şüşə yunudur
Rulon şəkilində olan izolyasiya
Bu izolyasiya materialları yüksək temperaturlu avadanlıqlar, boru kəmərləri, buxar xəttləri, qaz xəttləri, elektrofilterlərin izolyasiyası məqsədi ilə istifadə edilir. Həmçinin səthlərin oddan qorunması məqsədi ilədə tətbiq edilər bilər. Bunlar: daş yunu, mineral yunlar və şüşə yunudur
Sürmə vəya suvaq şəkilində tətbiq edilən izolyasiya.
Tikililəri 180 dəqiqəyə qədər yanğından qorumaq üçün işlənib hazırlanmış, genişlənən və yanğın izolyasiyasını təmin edən boyalar, sürtgü materialları və suvaqlardır.
Hazır bloklar şəkilində olan, hörülə bilən izolyasiya.
Hörgü blokları öz məsaməli quruluşları ilə yanğına davamlı olmaları ilə seçilir. Bu hörgü blokları ilə bir tərəfdən suvaqla örtülmüş 7.5 sm qalınlığındakı divar birtərəfli yanğın yüklənməsində 90 dəqiqə yanğınadavam gətirir.